3x3 basketbol: "Neftçi" qrupdakı ilk iki oyununda qələbə qazanıb

3x3 basketbol: "Neftçi" qrupdakı ilk iki oyununda qələbə qazanıb

İyulun 2-3-də İsrailin Netanya şəhərində 3x3 basketbol üzrə keçirilən Dünya Qadın Seriyasının növbəti mərhələsi çərçivəsində ilk oyun gününün görüşləri davam edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Neftçi" klubu qrupun ilk oyununda Niderland millisi ilə üz-üzə gəlib və rəqibini 17-14 hesabı ilə məğlubiyyətə uğradıb.

"Neftçi" qrupda növbəti oyununu Macarıstanın "Qyor" klubuna qarşı keçirib və bu matçdan da qalib ayrılıb – 18:14.

Təmsilçimizin qrupda sonuncu oyununu Bakı vaxtı ilə saat 22:05 -də Litva millisinə qarşı olacaq.

Qeyd edək ki, "Neftçi" qrupu lider bitirərsə, birbaşa yarımfinala, ikinci və ya üçüncü yerlərdə tamamlayacağı təqdirdə isə dörddəbir finala vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə