“Neftçi” zəif komandadı”

"Zenit”in sabiq məşqçisi Vladimir Ponomaryov Rusiya klubunun “Match TV” beynəlxalq turnirində “Neftçi” ilə keçirdiyi oyunu dəyərləndirib.

SİA-nın əldə etdiyi məlumata görə, 83 yaşlı mütəxəssis Azərbaycan təmsilçisini sankt-peterburqlulara layiqli rəqib hesab etməyib.

Onun fikrincə, “Neftçi” “Zenit”lə müqayisədə çox zəifdi:

“Zenit” yaxşı oynadı, amma “Neftçi” zəif komandadı. “Neftçi”də zəif futbolçular var. Onların oyununda maraqlı heç nə yoxdu. Səviyyəcə “Zenit” üstün idi. Oyuna görə, sankt-peterburqlular rəqibdən iki baş üstün idi”.

Qeyd edək ki, oyun “Zenit”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com