Çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinə start verilir
Bakıda Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsinə start verilir. SİA xəbər verir ki, paytaxtımızın ev sahibliyi edəcəyi Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi 2-9 iyul tarixlərində keçiriləcək.
İlkin qrup mərhələsində yeddi ölkənin (Norveç, Yunanıstan, Danimarka, Litva, Çexiya, İsveç, Malta) komandaları 2-4 iyul aralığında mübarizə aparacaq.
5-7 iyul tarixlərində isə reytinqin ən yaxşı 13 komandası yarışacaq.
Çempionat çərçivəsində iyulun 8-də yarımfinal və pley-off oyunları, iyulun 9-da isə bu mərhələnin qalibini təyin edəcək final matçı keçiriləcək.
Qeyd edək ki, Azərbaycan yığmasının ilk qarşılaşması Moldova yığması ilə iyulun 5-də baş tutacaq.
Seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB