Basketbol üzrə oğlanlardan ibarət U-20 yığma komandamız iyunun 27-dən Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışındadır.
SİA-nın əldə etdiyi məlumata görə, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi millimiz iki yoxlama oyununda qüvvəsini sınaqdan keçirib.
Millimiz ilk görüşündə "Göktürk Basketbol Akademisi" komandasına 60-55, ikinci oyunda isə "Atletik İstanbul" klubuna 81-65 hesabı ilə qalib gəlib.
Sonuncu yoxlama oyunu Türkiyənin U-18 yığmasına qarşı olacaq.
Qeyd edək ki, hazırlıq prosesi iyulun 4-dək davam edəcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB