FIFA ofsayd qaydasını dəyişəcək

FIFA ofsayd qaydasını dəyişəcək

FFA ofsayd qaydasını dəyişəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

FIFA və IFAB arasında keçirilən görüşdən sonra ofsayd anlayışının dəyişdirilməsi qərara alınıb. İndi hücum edən komandanın oyunçusu ötürmə zamanı bütün bədəni müdafiəçidən daha çox rəqibin qapısına yaxın olarsa, ofsaydda olacaq.

Qeyd olunur ki, bu, oyunu daha dinamik və möhtəşəm etməlidi. Qayda İtaliya, İsveç və Niderlandın aşağı liqalarında sınaqdan keçiriləcək, bundan sonra peşəkar futbolda istifadə olunacaq. İslahatın təşəbbüskarlarından biri FIFA-nın inkişaf üzrə direktoru Arsen Vengerdi.

Müasir qaydalara görə, ötürmə zamanı bədəninin əlindən başqa hər hansı bir hissəsi müdafiəçidən daha çox rəqib qapısına yaxın olarsa, hücum edən komandanın oyunçusu ofsayddı.

Bütün xəbərlər Facebook səhifəmizdə