Kanadalı "Real Madrid"də oynamaq istəyir

Kanadalı "Real Madrid"də oynamaq istəyir

“Bavariya”nın müdafiəçisi Alfonso Devis karyerasını davam etdirmək üçün prioritet seçim barədə qərar verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, kanadalı futbolçu karyerasını "Real Madrid"də davam etdirmək istəyir.

Qeyd edək ki, futbolçunun transferində “kral” klubu da maraqlıdır. Müqavilə gələn ilin yayında, Alfonsonun "Bavariya" ilə müqaviləsinin bitməsinə cəmi bir il qaldıqda yekunlaşa bilər. Madridlilər bununla əlaqədar olaraq Devisin transfer qiymətinin düşəcəyini də gözləyirlər.

Yeri gəlmişkən, 22 yaşlı müdafiəçi 2019-cu ilin yanvarından "Bavariya"da çıxış edir. Transfermarkt oyunçunu 70 milyon avro dəyərində qiymətləndirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə