“Sevilya” bütün oyunçularını transferə çıxardı

“Sevilya” bütün oyunçularını transferə çıxardı

“Sevilya” futbol klubunun rəhbərliyi əsas komandanın bütün futbolçularını transferə çıxarmaq qərarına gəlib. SİA xəbər verir ki, qərar klubun 90 milyon avroya yaxın borcu ilə bağlıdır.

“Transfermarkt”ın məlumatına görə, klub futbolçularının ümumi dəyəri 201,5 milyon avrodur. Ən dəyərli 5 oyunçu arasında mərakeşli hücumçu Yusəf Ən-Nəsiri (20 milyon avro), argentinalı yarımmüdafiəçi Lukas Okampos, mərakeşli qapıçı Yassin Bono, argentinalı müdafiəçi Qonzalo Montiel (hamısı 12 milyon avro) və onun həmyerlisi müdafiəçisi Markos Akunya (10 milyon avro) var.

Qeyd edək ki, 2022/23 mövsümündə “Sevilya” yeddinci dəfə Avropa Liqasının qalibi olub. İspaniya çempionatında komanda 12-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə