Türkiyə klubunda Pirlonun yerini Kannavaro tuta bilər

Türkiyə klubunda Pirlonun yerini Kannavaro tuta bilər

Türkiyə Superliqası komandalarından “Fatih Karagümrük” Andrea Pirlodan sonra boş qalan baş məşqçi postu üçün axtarışlarını davam etdirir. SİA xəbər verir ki, İstanbul komandasının adı İtaliya futbolunun əfsanəvi isimlərindən biri Fabio Kannavaro ilə hallanır.

Məlumata görə, Kannavaro komanda rəhbərliyi ilə görüşmək üçün İstanbula gəlib.

49 yaşlı məşqçi daha əvvəl “Quançjou Everqrande”, “Ən-Nəsr”, “TJ Quanjian”, “Benevento” kimi komandalarda çalışıb. Kannavaro son iş yeri olan İtaliya B Seriyasının “Benevento” komandasında 17 oyuna 3 qələbə, 7 heç-heçə və 7 məğlubiyyətlə üzləşib

Bütün xəbərlər Facebook səhifəmizdə