“Çelsi”nin futbolçusu “Milan”a keçdi

“Çelsi”nin futbolçusu “Milan”a keçdi

“Milan” “Çelsi”dən Ruben Loftus-Çiki transfer edib. SİA xəbər verir ki, İtaliya klubu 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzaladığını açıqlayıb.

Müqavilə 30 iyun 2027-ci il tarixinədək qüvvədədir.

Daha əvvəl “Milan”ın futbolçu üçün 15 milyon avro və bonuslar ödəyəcəyi bildirilirdi.

Qeyd edək ki, Ruben “Çelsi”məzunudur. London klubu ilə o, üç kubok - Premyer Liqa, Avropa Liqası və UEFA Super Kubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə