Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən III Avropa Oyunlarında qadınların şəxsi yarışında növbəti görüşünü keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, təmsilçimiz səkkizdəbir finalda İsveçrə təmsilçisi Jenjira Stadelmanla qarşılaşıb. Badmintonçumuz rəqibinə 1:2 (21-16,12-21,15-21) hesabı ilə uduzub. Keişa Fatimə Zəhra bu nəticə ilə Olimpiya təsnifat mərhələsində 2750 reytinq xalları toplayıb.
Qeyd edək ki, badminton yarışları Avropa Oyunları daxilində qitə çempionatı statusu daşıyır və dünya çempionatından sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalları verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB