Almaniya klubunda iki yeni oyunçu

“Borussiya” (Mönhenqladbax) klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

SİA-nın əldə etdiyi məlumata görə, Bundesliqa təmsilçisi Robin Hak və Fabio Çiarodianı heyətinə qatıb.

Hak “Arminiya”dan, Çiarodia isə “Verder”dən transfer olunub. Hər iki futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Mönhenqladbax təmsilçisi Robinin transferi üçün 1,1, Fabionun keçidinə görə 2 milyon avro ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com