"Bakı idman gündəliyinin mərkəzində olan bir ölkədir" - Markos Diaz

"Bakı idman gündəliyinin mərkəzində olan bir ölkədir" - Markos Diaz

"Belə bir beynəlxalq tədbirə ev sahibliyi edən ölkəyə dəfələrlə təşəkkürümü bildirmək istəyirəm. Bu, sadəcə bütün dünya üzrə keçirilən idman nazirlərinin toplantısı deyil. MINEPS hər dörd ildən bir keçirilməsinə baxmayaraq bu dəfə yeddi il keçdi ki, bədən tərbiyəsi ilə məşğul olan şəxslər sənəd qəbul etdi. Biz yeni bir bəyanat imzaladıq. Çox uğurlu bir sənəd oldu. Bu sənəd bələdçi rolunu oynayacaq və idmanla bağlı vizyonumuzu göstərəcək". SİA xəbər verir ki, bunu YUNESKO-nun İdmanda dopinqlə mübarizə haqqında Beynəlxalq Konvensiyası üzrə Tərəflərin Konfransının (COP) 8-ci sessiyasının sədri Markos Diaz Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı - MINEPS VII-nin yekunlarına həsr olunan edilmiş mətbuat konfransında deyib.

O bildirib ki, Bakı idman gündəliyinin mərkəzində olan bir ölkədir: "Ona görə də Azərbaycanı təbrik etmək istəyirəm. Burada çox gözəl vaxt keçirdik.

Mən Dominik Respublikasından gəlmişəm və Bakıya doğru səyahətə başladığım zaman dostlarıma dedim ki, Azərbaycana gedirəm. Bütün dostlarım bu ölkəni tanıdı və dedilər ki orada Formula 1 keçirilir. Düşündüm ki, idman elə bir şeydir ki, uzaq bir ölkəni belə tanıda bilər. İndi mən geri qayıtdıqda deyəcəm ki, orada sadəcə Formula 1 yarışı keçirilmir. Eyni zamanda, Azərbaycanın mehriban insanları var və orada gözəl vaxt keçirmək olar. Bir daha təşəkkürlərimi bildirirəm".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə