Avropa Oyunlarının ilk təsnifatında azərbaycanlı atıcıların yeri bəlli olub

Avropa Oyunlarının ilk təsnifatında azərbaycanlı atıcıların yeri bəlli olub

Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova Polşada keçirilən III Avropa Oyunlarında trap yarışlarına start veriblər. SİA xəbər verir ki, idmançılar təsnifat mərhələsinin 1-ci günündə çıxış ediblər.

30 idmançı arasında Aydan Camalova 75 hədəfdən 68-ni dəqiq nişan almaqla 18-ci, Ülviyyə Eyvazova isə 64 dəqiq atəşlə 26-cı yeri tutub.

Qadın atıcılar iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə mübarizə aparacaqlar.

Qeyd edək ki, kişi atıçı Ruslan Lunyov 25 metr məsafəyə tapança ilə sürətli atəş açmanın ilk təsnifatında 6-cı yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə