Azərbaycan atıcısı təsnifat mərhələsinin ilk günündə 6-cı yeri tutub

Azərbaycan atıcısı təsnifat mərhələsinin ilk günündə 6-cı yeri tutub

Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə sürətli atəş açmada qüvvəsini sınayıb. SİA xəbər verir ki, ikiqat Avropa çempionu təsnifat mərhələsinin birinci günündə 6-cı yeri tutub.

Snayper 300 mümkün xaldan 292-ni toplayıb.

Qeyd edək ki, Ruslan Lunyov iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə