MINEPS VII konfransının növbəti plenar iclası keçirilib - FOTOLAR

MINEPS VII konfransının növbəti plenar iclası keçirilib - FOTOLAR

İyunun 28-də MINEPS VII konfransının növbəti plenar iclası keçirilib. SİA xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov və UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosun iştirakı ilə keçən iclasda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub.

Konfrans iştirakçıları tədbirə "Səhər marafonu" qaçışı ilə start veriblər. Bakı Konqres Mərkəzində davam edən tədbirdə "Fit for Life" layihəsi, "İdmanın inkişafında xeyriyyəçilərin və fondların rolu", “İdmanda qadınlar və qızlara qarşı zorakılıq əleyhinə mübarizə” mövzuları ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, konfransa bu gün yekun vurulacaq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə