Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında ikinci oyununu oynayıb.
SİA-nın əldə etdiyi məlumata görə, A qrupundakı ilk matçında Polşaya 2:7 hesabı ilə məğlub olan yığmamız bu dəfə Portuqaliyaya uduzub – 2:5.
Millimizin heyətində Orxan Məmmədov dubl edib.
Azərbaycan millisi qrupda son oyununu iyunun 29-da İspaniya kollektivinə qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB