Frank Kessi “Barselona”nı tərk edəcək?

Frank Kessi “Barselona”nı tərk edəcək?

...Yarımmüdafiəçi Frank Kessi yay transfer pəncərəsində “Barselona”nı tərk edə bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, nüfuzlu jurnalist Gerard Romeronun sosial şəbəkələrdə yazdığına görə, Səudiyyə “Əl-Əhli” 26 yaşlı fil dişlisini öz sıralarında görmək istəyir.

Mənbənin məlumatına görə, “Əl-Əhli” Kessinin transferi üçün “Barselona”ya 20 milyon avro təklif edib. Ciddə şəhərinin klubu futbolçunun özünə isə 10 milyon avro maaş təklif edir.

Xatırladaq ki, 2022/2023 mövsümündə Frank Kessi “Barselona”nın 43 rəsmi oyununda iştirak edib. Bu oyunlarda yarımmüdafiəçi üç qol vurub və tərəfdaşlarına üç effektiv ötürmə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə