Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünü keçirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sablyaçılarımız 13-16-cı yerlər uğrunda görüşdə Yunanıstan seçməsi ilə qarşılaşıblar.
Saleh Məmmədov, Murad Əkbərov, Ayxan Xasiyev və Maqsud Hüseynlidən ibarət komanda gərgin keçən oyunda 45:43 hesablı qələbə qazanıb.
Yığma 13-cü yer uğrunda matça vəsiqə əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB