Azərbaycan qılıncoynadanları Türkiyəyə də məğlub oldular - FOTOLAR

Azərbaycan qılıncoynadanları Türkiyəyə də məğlub oldular - FOTOLAR

Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, yığma sablya növü üzrə 9-16-cı yerlər uğrunda görüşdə Türkiyə seçməsi ilə qarşılaşıb.

Saleh Məmmədov, Murad Əkbərov və Ayxan Xasiyevdən ibarət komanda rəqibinə 31:45 hesabı ilə məğlub olub. Sablyaçılar 13-16-cı yerlər uğrunda yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda bu gün Macarıstana 25:45 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə