MINEPS VII konfransı çərçivəsində "Səhər marafonu" adlı qaçış təşkil olunub - FOTOLAR

MINEPS VII konfransı çərçivəsində "Səhər marafonu" adlı qaçış təşkil olunub - FOTOLAR

İyunun 28-də MINEPS VII konfransı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə paytaxtımızda "Səhər marafonu" adlı qaçış təşkil edilib. SİA xəbər verir ki, nazir Fərid Qayıbovun da qoşulduğu marafonda qaçış iştirakçıları Ağ şəhərdə yerləşən “Bulvar Otel”in qarşısından start götürməklə 3 km məsafəyə qaçıblar.

Qeyd edək ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) iyunun 29-dək davam edəcək.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə