MINEPS VII konfransı çərçivəsində forum keçirilib - YENİLƏNİB - FOTOLAR

MINEPS VII konfransı çərçivəsində forum keçirilib - YENİLƏNİB - FOTOLAR

İyunun 27-də MINEPS VII konfransı çərçivəsində çoxtərəfli forum keçirilib. SİA xəbər verir ki, tədbirdə konfransın ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd olunub və forumun ikinci gününün gündəliyində duran məsələlər müzakirə olunub. "Fit for Life" layihəsinə dəstək, "İnkişaf Naminə İdmanın İnkişaf edən Məlumat Landşaftı", "Böyük İdman Tədbirlərinin Davamlılığı" mövzuları ətrafında müzakirələr aparılıb. Forumun yekununda iştirakçılar "Fit for Life" layihəsinə dəstək olacaqlarını bildiriblər.

Ardınca, MINEPS VII konfransının təntənəli açılış mərasimi keçirilib. Mərasiminə milli rəqs kompozisiyası ilə start verilib. Daha sonra rəsmi hissədə gənclər və idman naziri Fərid Qayıbov və UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos çıxış ediblər. Çıxışlar zamanı MINEPS VII konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Xatırladaq ki, konfransın əsas məqsədi idmanla bağlı beynəlxalq tendensiyaların qiymətləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır.

İyunun 29-dək davam edəcək konfransda 150-dək ölkənin bədən tərbiyəsi və idman sahəsinin məsul qurumlarının rəhbərləri və nazirlər iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə