“Linkoln” – “Qarabağ” oyunu kimə həvalə olunub?

“Linkoln” – “Qarabağ” oyunu kimə həvalə olunub?

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” oyununun hakimləri açıqlanıb. SİA-nın məlumatına görə, matç Latviyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakimi Vitalijs Spasjonnikovs olacaq. Ona Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Aleksandrs Anufrijevs yerinə yetirəcək.

“Linkoln” – “Qarabağ” oyunu iyulun 11-də Cəbəllütariqdəki “Viktoriya” stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə