Pirlo "Sampdoriya"nı çalışdıracaq

Pirlo "Sampdoriya"nı çalışdıracaq

"Sampdoriya" Andrea Pirlonun baş məşqçi təyinatını açıqlayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Pirlo məşqçilik karyerasına futbolçu kimi çıxış etdiyi "Yuventus"da başlayıb. Onun son iş yeri isə Türkiyə "Fatih Karagümrük"ü olub.

Xatırladaq ki, “Sampdoriya” İtaliya A seriyasının son mövsümünü sonuncu - 20-ci pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə