UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunun baş hakimi Vitalijs Spasjonnikovs olacaq. Ona Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Aleksandrs Anufrijevs yerinə yetirəcək.
Qeyd edək ki, “Linkoln” – “Qarabağ” oyunu iyulun 11-də Cəbəllütariqdəki “Viktoriya” stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB