"Tottenhem" yeni qapıçı aldı

"Tottenhem" yeni qapıçı alıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi "Empoli"dən Qulyelmo Vikarionun keçidini həll edib.

Onunla 2028-ci ilə qədər müqavilə imzalanıb. Bu transfer üçün "Tottenhem" İtaliya klubuna 19 milyon avro ödəyib.

Qeyd edək ki, italiyalı qolkiper "Udineze", "Kalyari" və "Peruca"da da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə