“Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib

“Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gəlib. "Leerberg Arena" keçirilən matç 3:3 hesabı ilə başa çatıb. "Qarabağ"ın 19 yaşlı hücumçusu Nəriman Axundzadə oyunda dubl edib.

Xatırladaq ki, “Qarabağ” 2022-2023 mövsümündə ÇL-in üçüncü təsnifat mərhələsində “Ferentsvaroş”a rəqib olub. Ağdam təmsilçisi Bakıda 1:1 hesablı heç-heçə edib, səfərdə isə rəqibini 3:1 məğlub edərək pley-off-a yüksəlib.

Əlavə edək ki, "Qarabağ" iyulun 1-də "Legiya" (Polşa), iyulun 4-də isə SSKA (Bolqarıstan) ilə də üz-üzə gələcək.

Yoxlama oyunu

20:00. "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) - 3:3

Qeyd edək ki, Azərbaycan təmsilçisinin heyətində Nəriman Axundzadə dubl edib. Üçüncü qolu isə Leandro Andrade vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə