Ölkədə 88 nömrəli formanı geyinmək qadağan olundu

Ölkədə 88 nömrəli formanı geyinmək qadağan olundu

İtaliyada 88 nömrəli formada meydançaya çıxmaq qadağan edilib.

SİA-nın əldə etdiyi məlumata görə, İtaliya Futbol Federasiyası, Daxili İşlər Nazirliyi və İdman Nazirliyinin koordinasiya etdiyi kampaniya çərçivəsində bu qərar qəbul olunub.

Hökumətin qərarı antisemitizmlə mübarizə layihəsinin bir hissəsi hesab edilir. Həmçinin hökumətin imzaladığı sənəddə bu o deməkdi ki, antisemitizmin şüarları və ya digər təzahürləri halında dərhal futbol yarışlarının dayandırılması barədə göstəriş verilməlidi.

Qeyd edək ki, 2022-23 mövsümündə Mario Pasaliç (“Atalanta”), Toma Başiç (“Latsio”), Tomas Rinkon (“Sampdoriya”) və Mateuş Praşelik (“Kosentsa2) 88 nömrə altında çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə