"Forum nəticəsində Bakıda mühüm bir sənəd imzalayacağıq" - UNESCO RƏSMİSİ BİLDİRDİ
"Bu tədbir üç ildən bir keçirilir. Lakin mövcud olan Covid-19 pandemiyası nəticəsində 7 il ərzində biz bu tədbiri təşkil edə bilmədik. İdman təkcə idmnaçılar üçün deyil, sadə vətəndaşlarında rahatlıqla istifadə etdiyi bir sahədir. Biz 19 özəl sektor əməkdaşımızı bura gətirmişik". SİA xəbər verir ki, bu sözləri MİNEPS VII konfransı çərçivəsində keçirilən mətbuat konfransında UNESCO-nun baş direktorunun sosial və humanitar elmləri üzrə müavini Qabriela Ramos deyib.
O bildirib ki, idman dünyasında çox gözəl liderlər var: "Biz Bakıda bu forum nəticəsində bir sənəd imzalayacağıq. Bunun nəticəsindəd biz maliyyə təmin edərək, bütün dünyada idmanın bərabər şəkildə inkişaf etməsinə nail ola bilək.
Əfqanıstan çətin bir ərazidir. Orada qızların məktəbə getməsinə icazə verilmir. Lakin biz bütün qadağalara rəğmən fəaliyyətimizi orada da davam etdirəcəyik. Təbii ki, bütün proseslərimizi ziddiyyət olmadan həyata keçirdəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB