"Kütləvi layihələrin sayını artırmalıyıq" - NAZİR BİLDİRİB

"Kütləvi layihələrin sayını artırmalıyıq" - NAZİR BİLDİRİB

"Bizim üçün çox vacibdir ki, cəmiyyətimiz sağlam olsun. Bunun üçün də tədbirlərimizin əksəriyyəti kütləviliyə yönəlib. Bu baxımdan regionlarda müəyyən tədbirlər həyata keçirilir. Qeyd edim ki, sabah Mingəçevirdə "Fit for life" layihəsinin digər ölkələr üçün təqdimatı olacaq. Təbii ki, belə kütləvi layihələrin sayı daha çox olmalıdır. Biz uşaqdan böyüyə hər kəsi düşünüb tədbirlərimizi o istiqamətdə təşkil etməliyik". SİA xəbər verir ki, bunu MİNEPS VII konfransı çərçivəsində keçirilən mətbuat konfransında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir ölkəmizdə gender bərabərliyinin yüksək dərəcədə pozulduğunu düşünmədiyini bildirib: "Təbii ki, biz bu istiqamətdə daim işləməliyik. Federasiyalarla da gender bərabərliyi məsələsini müzakirə edirik. Bildiyiniz kimi, bir çox rayonlarda yalnız eyni idman növləri inkişaf edir. Bizim əsas işlərimizdən biri regionlarda başqa idman növlərini də təbliğ etməkdir. Amma regionlarımızda da kifayət qədər professional şəkildə idmanla məşğul olan qızlarımız var. Diqqət etsək bugünkü gündə güləş komandamızda bir çox çəkilərdə qızların sayının çoxaldığını görərik. Əlbəttə ki, bu təbliğatdan çox asılıdır. Biz gərək bu işi daha da gücləndirək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə