"Kəpəz" yeni mövsümün hazırlıqlarına start verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə şəhər stadionunun yardımçı təbii meydanında keçirilən məşq prosesi seleksiya xarakteri daşıyır.
Belə ki, hazırlığa təcrübəli oyunçularla yanaşı, Gəncə futbol məktəbinin gənc yetirmələri də qatılıblar. Klubun əvəzedici heyətinin və U-19 komandasının futbolçuları məşqlərə qoşulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB