Türkiyənin Kişi Voleybol Milli Komandası Xorvatiyada keçirilən 2023 CEV Avropa Qızıl Liqası Dördlər Finalında Ukraynanı 3-2 hesabı ilə məğlub edərək çempion olub. Bu nəticə ilə Türkiyə bu idman yarışında 3-cü çempionluğunu əldə edib və iyulun 27-30 tarixlərində Qətərdə keçiriləcək “FİVB Challenger” kubokuna vəsiqə qazanıb.
SİA-nın əldə etdiyi məlumata görə, “FİVB Challenger” kubokunda çempion ölkə 2024 FİVB Millətlər Liqasına (VNL) bilet alacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CEV Avropa Qızıl Liqasında 3-cü dəfə çempion olan Kişi Milli Voleybol Komandasını təbrik edərək “twitter” hesabından bunları paylaşıb: "CEV Avropa Qızıl Liqasının Finalında Ukrayna komandasını 3-2 hesabı ilə məğlub edərək 3-cü dəfə çempionluq qazanan Milli Kişi Voleybol Komandamızı – şəbəkənin igidlərini (Filenin Efeleri) ürəkdən təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB