İyunun 26-dan 29-dək MINEPS VII konfransı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idman növlərinin nümayişi keçiriləcək. SİA xəbər verir ki, Bakı Konqres Mərkəzinin qarşısındakı parkda saat 17:00-dan 20:00-dək davam edəcək tədbirdə gimnastika, kapoeyra, basketbol, atıcılıq, stolüstü tennis, yelkən idmanı, milli idman növləri, futbol, badminton, qılıncoynatma üzrə idman növlərinin nümunəvi çıxışları və musiqili şou təşkil olunacaq.
Eyni zamanda Bakı Konqres Mərkəzinin qarşısında "İdman hamı üçün" layihəsi çərçivəsində "Sağlam həyat" günləri də təşkil olunacaq.
Xatırladaq ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) iyunun 26-dan 29-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB