"Əsas məqsəd idmanın bütün dünya üçün əlçatan olmasıdır" - UNEACO RƏSMİSİ
"Ümumilikdə bu qlobal bir idman konfransıdır və biz Azərbaycanla artıq bir neçə müddətdir ki, işləyirik. Qısa bir məlumat vermək vacibdir ki, bütün dünya üzrə idmanın həm sosial-humanitar sahədə, həm də iqtisadi səviyyədə bərabərləşdirilməsi vacibdir. Biz bir alyans təşkil etmişik. Bunun adı "Həyat üçün idman" adlanır". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MİNEPS VII Konfransı üçün Bakıda olan UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos deyib.
O bildirib ki, alyansın əsas məqsədi idmanın bütün dünyada eyni şəkildə paylanması və əlçatan olmasıdır: "Azərbaycanın idman sahəsindəki imkanları yüksək səviyyədədir. Biz də bu imkanların sayəsində idmanı bütün dünyada bərabər şəkildə bölünməsinə nail ola bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB