Novak Cokoviç dünya birincisi titulunu itirdi

Novak Cokoviç dünya birincisi titulunu itirdi

Yenilənmiş ATP reytinqində birinci yeri iyunun 25-də Londonda keçirilən turnirdə qalib gələn ispaniyalı Karlos Alkaras tutacaq. SİA xəbər verir ki, avstraliyalı Aleks de Minor üzərində qələbə sayəsində Alkaras 500 reytinq xalı qazanıb.

ATP-nin 26 iyun bazar ertəsi açıqlayacağı reytinqdə o, 7675 xalla birinci olacaq.

İyunun 11-də “Rolan Qarros”un qalibi olan serb Novak Cokoviç ikinci yerə (7595 xal) düşəcək. Üçüncü yeri rusiyalı tennisçi Daniil Medvedev (5890 xal) tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə