Avropa Oyunları: Azərbaycan boksçusu mübarizəni dayandırıb

Avropa Oyunları: Azərbaycan boksçusu mübarizəni dayandırıb

Polşada keçirilən III Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir. SİA-nın məlumatına görə, beşinci yarış günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Malik Həsənov (63,5 kq) çıxıb.

Birinci döyüşündə polşalı Bartlomey Roskoviçə qalib gələn idmançı 1/8 finalda Din Klinsi (İrlandiya) ilə qüvvəsini sınayıb. Görüş rəqibin 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün daha 2 yığma üzvü yarışa qoşulacaq. Sərxan Əliyev (71 kq) Mixal Takacslə (Slovakiya), Məhəmməd Abdullayev (+92) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə