"Azərbaycan bir idman ölkəsi kimi bütün dünyaya nümunədir" - İDMANÇI MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan bir idman ölkəsi kimi bütün dünyaya nümunədir" - İDMANÇI MÜNASİBƏT BİLDİRDİ

“İlk öncə Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycan xalqını təmsil edən hər bir idmançıya uğurlar arzu edirəm. İnşallah mübarizəsi davam edənlərin hamısı qızıl medalla Vətənə qayıdar. Təbii ki, gümüş və ya bürünc medal almaq da bir nailiyyətdir. Əsas odur ki, çəkdikləri əziyyət yerdə qalmasın. Hər bir idman federasiyasına illərin zəhmətinin bəhrəsini görməyi arzulayıram”. Bu sözləri SİA-ya açıqlamasında yunan-Roma güləşçisi Taleh Məmmədov III Avropa Oyunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, bütün dünya ilk Avropa Oyunlarının bizim ölkəmizdə keçirildiyinin şahidi olub: “Azərbaycanda keçirilən Avropa Oyunlarında hər bir idmançıya və xarici ölkə nümayəndələrinə təntənəli surətdə qayğı və diqqət göstərilib. Düşünürəm ki, digər ölkələr də bizdən örnək götürüb. Onlar da bizdəki kimi öz ölkələrində səviyyəli yarış təşkil etmək üçün çalışıblar. Azərbaycan bütün dünyaya idman ölkəsi kimi bir nümunədir. İdmançını sevən xalqımız var. Təbii ki, bu uğurların başında Milli Olimpiya Komitəsinin Prezidenti və ölkə başçısı İlham Əliyev dayanır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə