Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa birinciliyinin fərdi yarışların sonuncu günü keçirilir.
SİA-nın əldə etdiyi məlumata görə, +90 kq. çəkidə yarışan cüdoçumuz Ramazan Əhmədov final görüşünə çıxıb. Türkiyə təmsilçisi İbrahim Tataroğlu ilə üz-üzə gələn idmançımız rəqibinə qalib gələrək Avropa çempionu olub.
Digər cüdoçumuz Aslan Kotsoyev (81 kq) isə yarışı medalsız başa vurub.
Qeyd edək ki, bundan əvvəl Məhəmməd Məmişov, -Mirxaliq İskəndərov,Məhəmməd Musayev, Əbil Yusubov, qızlar arasında Vüsalə Hacıyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Mehdi Cəfərov, Xədicə Qədəşova, Əhməd Rüstəmov isə bürünc medal qazanıblar.




USD
EUR
GBP
RUB