Ansu Fati “Barselona”dan getmək istəmir...

Ansu Fati “Barselona”dan getmək istəmir...

...Kataloniya “Barselona”sı hücumçu Ansu Fatinin mövsümlərarası fasilədə komandanı tərk etməyəcəyini qəbul etməyə başlayıb. Xatırladaq ki, rəhbərliyin istəyinə baxmayaraq, cinah yarımmüdafiəçisi bazada qalıb oynamaq istədiyindən bu transfer pəncərəsini tərk etməyə həvəsli deyil.

Yeri gəlmişkən “Barselona” Fatidən daha problemli mövqelərini gücləndirmək üçün istifadə edəcəyini, yəni onun satışından xeyli pul qazanacağını gözləyirdi. Lakin “Mundo Deportivo”dan verilən məlumata görə, rəhbərliyin Ansunun iddialı mövqeyi ilə bağlı edə biləcəyi heç nə yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, İspaniya çempionatının son mövsümündə Fati yeddi qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə