Azərbaycan yığması təsnifatda sonuncu yeri tutub - III Avropa Oyunları

Azərbaycan yığması təsnifatda sonuncu yeri tutub - III Avropa Oyunları

Atıcılıq üzrə qadınlardan ibarət Azərbaycan yığması Polşada keçirilən III Avropa Oyunlarında təsnifat yarışına çıxıb. SİA-nın məlumatına görə, Nərminə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb.

Yer aldığı qrupda 826 xal toplayan yığma doqquz komanda arasında sonuncu nəticəni göstərib.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə