Almaniyanın "Bavariya" klubu yeni transferini açıqlayıb. SİA xəbər verir ki, portuqaliyalı müdafiəçi Rafael Gerreyru ilə müqavilə imzalanıb. 30 yaşlı oyunçunun sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Rafael Gerreyru 2016-cı ildən Dortmund "Borussiya"sında çıxış edib. O, ötən mövsüm 36 matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu Portuqaliya millisinin də üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB