“Yuventus” “Lill” və ABŞ yığmasının cinah oyunçusu Timoti Veanı transfer etməyə yaxındır. SİA xəbər verir ki, 1995-ci ildə “Qızıl top”un sahibi və Liberiya prezidenti Corc Veanın oğlu olan 23 yaşlı futbolçunun özü artıq Turin klubu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb.
O, ildə təxminən 2 milyon avro alacaq. “Yuventus” və “Lill” arasında danışıqlar son mərhələdədir. Transferin məbləği bonuslarla birlikdə təxminən 10 milyon avro olacaq.
2022/23 mövsümündə Timoti Vea “Lill”in heyətində 32 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB