"Marsel"də yeni baş məşqçi

"Marsel"in yeni baş məşqçisi müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Marselino Toral təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb. İspaniyalı mütəxəssis istefaya göndərilən İqor Tudoru əvəzləyib.

Qeyd edək ki, Marselino ötən mövsüm "Atletik"i çalışdırıb.

Xatırladaq ki, "Marsel" 2022/2023 mövsümündə Fransa Liqa 1-i 3-cü pillədə başa vurub və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə