Milot Raşitsa "Fənərbağça"ya keçir

Milot Raşitsa "Fənərbağça"ya keçir

İcarə əsasında "Qalatasaray" klubunda çıxış edən Milot Raşitsa iş yerini dəyişməyə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, 26 yaşlı sağ cinah vingeri "Cim-bom"un əzəli rəqibi "Fənərbağça" ilə danışıqlar aparır.

Kosovolu futbolçunun yaxın vaxtlarda "sarı-lacivərtlilər"lə müqavilə bağlayacağı gözlənilir. O, bir il müddətinə icarə əsasında "Fənərbağça"da çıxış edəcək.

Bildirək ki, Raşitsa müqavilə ilə İngiltərənin "Norviç Siti" klubuna məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com