"Mançester Yunayted" Mount üçün 55 milyonluq üçüncü təklifi edəcək

"Mançester Yunayted" Mount üçün 55 milyonluq üçüncü təklifi edəcək

"Mançester Yunayted" “Çelsi”nin yarımmüdafiəçisi Mason Mount üçün təxminən 55 milyon funt sterlinq dəyərində üçüncü təklifi etməyə hazırlaşır. SİA BBC Sport-a istinadən xəbər verir ki, "Çelsi"nin İngiltərə millisinin futbolçusuna 70 milyon funt sterlinq dəyərində qiymət verdiyi düşünülür. Bununla belə, “Yunayted” bu rəqəmin həddindən artıq olduğunu düşünür, çünki Mountun müqaviləsinin bitməsinə cəmi bir il qalıb və uzadılması ilə bağlı danışıqlar yubanır.

"Yunayted"in artıq “Çelsi” tərəfindən rədd edilən Mount üçün 40 milyon funt-sterlinq və 50 milyon funt-sterlinq dəyərində təklifləri olub.

2019-cu ildə ilk dəfə çıxış etdiyindən bəri "Çelsi"nin heyətində 195 oyunda 33 qol vuran Mount, yerli mövsümün sonunda zədə səbəbindən iştirak edə bilməyib. Həmin mövsüm “Çelsi” 12-ci oldu və bu, son 25 ildə ən aşağı nəticə idi.

24 yaşlı futbolçu İngiltərə millisinin heyətində 36 dəfə meydana çıxıb, 5 qol vurub və 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı üçün baş məşqçi Qaret Sautqeytin heyətində yer alıb.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə