“Fənərbağça” məşhur futbolçu ilə razılaşdı

“Fənərbağça” məşhur futbolçu ilə razılaşdı

Türkiyənin "Fənərbağça" futbol klubu İtaliya "İnter"inin 37 yaşlı məşhur hücumçusu Edin Dzekonu transfer edib. SİA xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

"Fənərbağça" bosniyalı idmançı ilə 2 illik müqavilə imzalayıb.

“Peşəkar futbolçu Edin Dzeko ilə razılıq əldə olunub. Futbolçuya 2023-2024 və 2024-2025-ci illər üçün hər mövsümdə 4 milyon 200 min avro ödəniləcək", - deyə açıqlamada bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə