Mbappe tezliklə “Real Madrid”ə keçəcək

Mbappe tezliklə “Real Madrid”ə keçəcək

Kilian Mbappe tezliklə “Real Madrid”ə keçəcək. SİA xəbər verir ki, kral klubu hücumçunun transferinə dair PSJ ilə razılığa gəlib.

PSJ-nin sahibi Təmim bin Həməd Əl Tani “Real”ın prezidenti Florentino Pereslə danışıqlardan sonra futbolçunu satmağa razılaşıb.

Transferin ümumi məbləği 250 milyon avro olacaq. 200 milyon dərhal ödəniləcək, daha 50 milyon oyunçunun oynadığı matçlara və “Qızıl top”u qazandığına görə bonus şəklində veriləcək.

Qeyd edək ki, Kilian ötən mövsüm Liqa 1-də 34 oyuna çıxıb, 29 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə