“Real Madrid” 18 yaşlı futbolçu ilə maraqlanır

“Real Madrid” 18 yaşlı futbolçu ilə maraqlanır

“Real Madrid” türkiyəli Messi kimi tanınan Arda Güləri izləyir. SİA xəbər verir ki, məlumata görə, kral klubu “Fənərbağça”nın 18 yaşlı yarımmüdafiəçisi ilə maraqlanır.

Türkiyəli futbolçunun hazırki müqaviləsində 17,5 milyon avroluq sərbəst buraxılma xərci var.

Qeyd edək ki, Arda “Milan”, “Barselona”, PSJ və Premyer Liqa klublarının da diqqət mərkəzindədir.

Mövsümün 35 matçında futbolçu 6 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə