“Fənərbağça” yeni transferi ilə müqavilə imzalayıb

“Fənərbağça” yeni transferi ilə müqavilə imzalayıb

“Fənərbağça” yeni transferi Edin Ceko ilə müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Türkiyə klubu ilə 37 yaşlı hücumçu arasındakı sözləşmə 2 illikdir. Futbolçunun maaşı illik 4 milyon 200 min avro olacaq.

Qeyd edək ki, Ceko bu mövsümün sonunda “İnter”lə başa çatan müqaviləsini yeniləməyib. O, 2022/23 mövsümündə İtaliya klubunun heyətində 52 oyuna çıxıb və 14 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə