Karateçimiz Avropa Oyunlarında qızıl medal qazandı

Karateçimiz Avropa Oyunlarında qızıl medal qazandı

Azərbaycan karateçisi Tural Ağalarzadə (67 kq) Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, idmançımız finalda yunanıstanlı Dionisios Ksenosu məğlub edib.

Hakimlər rəqibi hansoku (diskvalifikasiya cəzası) ilə cəzalandırıb. Yeunda Ağalarzadə qızıl medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının III Avropa Oyunlarında ilk medalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə