"Yuventus" "Marsel"dən Arkadiuş Miliki birdəfəlik transfer edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Turin təmsilçisinin saytı məlumat yayıb.
Klub üç il ərzində 29 yaşlı hücumçu üçün 6,3 milyon avro təzminat ödəyəcək. Müəyyən şərtlər daxilində bonus olaraq daha 1,1 milyon ödənilə bilər.
Miliklə 2026-cı ilin iyunun sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Milik ötən mövsüm icarə əsasında oynadığı "Yuventus"da 39 oyuna çıxıb, 9 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB